Xəbər lenti

Afaq Bəşirqızı:
Video 13:51 28.01.2019

Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..." (VİDEO)

Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.

Ölkə.az-ın əməlumatına görə, tamaşanın efirn variantında narkotik vasitələr (nəşə) təbliğ  edilib. Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir:

"İynə vurma, amma nəşə çək". 

Nisə xanım (Afaq Bəşirqızı)  isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:

"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb  tapa bilməsinlər".

Teatrın direktoru Əliqismət Lalayev əməkdaşımızla söhbətində sözügedən tamaşada işlədilən ifadələri belə izah edib:

"O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->