Xəbər lenti

“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
Ekonomiks 15:38 23.02.2021

“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR

"AFB Bank”ın xalis mənfəəti 2020-ci ilin sonunda 855 min manat və ya 14% azalaraq 5 mln. 388 min manata düşüb.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, "AFB Bank”ın əsas olan bütün göstəriciləri kəskin şəkildə azalıb. Bankın müştərilərinə verdiyi xalis kreditlər 184 milyon 310 min manat və ya 57,1% azalaraq  137 milyon 966 min manata düşüb. Bu azalma bankın aktivlərinin kəskin şəkildə düşməsinə əsas səbəblərdən biri olub. Belə ki, bankın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 293 milyon 280 min manat və ya 51% azalaraq 281 milyon 426 min manata enib.

DEPOZİT PORTFELİ TÜKƏNİR

"AFB Bank”da yerləşdirilən depozitlərin həcmi 1 il ərzində 268 milyon 857 min manat və ya 70,8% azalaraq 110 milyon 568 min manata enib. Nəticədə bankın cəmi öhdəlikləri 1 il ərzində 289 milyon 907 min manat və ya 3 dəfədən çox azalaraq 204 milyon 340 min manata düşüb. Bundan başqa bankın cəmi kapitalı 3 milyon 373 min manat və ya 4,1% azalaraq 77 milyon 86 min manatadək enib.

Bankın faiz gəlirləri 27 milyon 317 min manat, faiz xərcləri 2 milyon 3 min manat olub ki, bu da bankın xalis faiz gəlirini 1 milyon 236 min manat azalaraq 25 milyon 314 min manata enməsinə səbəb olub. "AFB Bank”ın qeyri-faiz gəlirinin 7 milyon 840 min manat, qeyri-faiz xərclərinin isə 18 milyon 470 min manat olması bankın əməliyyat mənfəətinin 2 milyon 301 min manat və ya 13,5% azalmasına səbəb olub. Nəticədə bank 2020-ci ilin sonunda 14 milyon 684 min manatlıq əməliyyat mənfəəti əldə edib.

Bankın məcmu kapitalı 1 il ərzində 3 milyon 346 min manat və ya 4,2% azalaraq 75 milyon 806 min manat olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->