Xəbər lenti

AFFA azarkeşlərdən üzr istədi
İdman 15:45 24.03.2018

AFFA azarkeşlərdən üzr istədi

AFFA Azərbaycan və Belarus yığmaları arasında keçirilmiş yoxlama oyunu ilə əlaqədar azarkeşlərdən üzr istəyib.

Qaynarinfo qurumun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə,  görüş zamanı texniki qüsura yol verilib. 

Stadionun tablosunda AFFA tərəfindən yeni şriftlərdən istifadə olunduğu üçün daxil olunmuş sözlərdə bəzi hərflər oxunmayıb və texniki qüsurlara yol verilib. AFFA bununla bağlı azarkeşlərən üzr istəyib.

Xatırladaq ki, millimiz bu qarşılaşmada Belarusa 0:1 hesabı ilə məğlub olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->