AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib.
 
Qaynarinfo xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə çatdırırıq: 
 
"Hüquqşünas Aslan İsmayılov facebook sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib.
 
İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.

Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır.
Aslan İsmayılov qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq".
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X