Xəbər lenti

AFFA hakimlərlə bağlı bu qadağanı ləğv etdi
İdman 15:14 28.09.2021

AFFA hakimlərlə bağlı bu qadağanı ləğv etdi

Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınaraq, Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanmaqla hakimlərin oyunlardan sonra CBC Sport televiziya kanalında müsahibələrinin təşkil olunmasına qərar verib. 
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.

Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->