Türkiyə ordusunun Suriyanın Afrin şəhərində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı davam edir.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, TSQ Afrin şəhər mərkəzinə sadəcə 6.03 km məsafə qalması barədə məlumat paylaşıb. Öldürülən terrorçuların sayı isə 3149 nəfərdir.
Dünən azad edilən Cindərəsdə Suriya prezidenti Bəşər Əsədin, Böyük və Kiçik Halubi kəndlərində isə terrorçu lider Abdulla Öcalanın posterləri endirilib. PKK-YPG və İŞİD terrorçularından təmizlənən ərazinin ölçüsü 814 kvadrat kilometrə çatıb.
Bu gün ərzində Məryəmin kəndi uğrunda döyüşlər davam edəcək.
Gülşən
Şərhlər