Xəbər lenti

Ağdam Dövlət Dram Teatrı mövsümü Mübariz İbrahimovla bağlayacaq
Sənət 15:52 16.07.2024

Ağdam Dövlət Dram Teatrı mövsümü Mübariz İbrahimovla bağlayacaq

İyulun 17-də Ağdam Dövlət Dram Teatrınının səhnəsində şair, yazıçı-publisist Şahnaz Şahinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübariz" poemasının senarisi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq. 

Qaynarinfo xəbər verir ki, tamaşanın rejissoru Kərim Həsənovdur. Qəhrəmanın rolunu aktyor Fərhad Fərhadzadə ifa edir. 

Giriş sərbəstdir. 

Qeyd edək ki, teatr bu tamaşa ilə mövsümə yekun vuracaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->