Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı narahatlığını bildirib.
Qaynarinfo xəbər verir ki, bunu o, öz "Twitter” səhifəsində yazıb.
"Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf təmkinlilik göstərməli, birbaşa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etməlidirlər”, - T.Klaar bildirib.
Şərhlər