Avropa İttifaqı kiberhücumlarda şübhəli bilinən Rusiya və Çindən olan bir sıra vətəndaş və şirkətlərə qarşı sanksiya tətbiq edə bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda bloomberg nəşri yazıb. Məlumata görə, sanksiya tətbiq olunacağı təqdirdə həmin şəxslərin Avropa girişinə qadağa qoyulacaq və şirkətlərin aktivləri dondurulacaq.
Müzakirələrin 2 aya qədər davam edəcəyi deyilir, çünki sanksiyaların tədiqlənməsi üçün ittifaqın bütün üzvlərinin razılığı olmalıdır.
Əgər məhdudlaşdırıcı tədbirlər tətbiq edilsə, bu, kebercinayətkarlığa qarşı inlk sanksiya hadisəsi olacaq.
Eyni zamanda sanksiyaların qüvvəyə minəcəyi ehtimalı da azdır, çünki Aİ-nin bəzi ölkələri Çin kimi əsas ticarət tərəfdaşları ilə əməkdaşlığa təhlükə yaratmaq istəmirlər. Bundan başqa bir sıra dövlətlər də Rusiya ilə münasibətlərini pozmaq niyyətində deyillər.
Camal
Şərhlər