Aİ Yəmənə 70 milyon avro yardım ayırdı

Aİ Yəmənə 70 milyon avro yardım ayırdı

Avropa İttifaqı vətəndaş müharibəsi və yeni tip koronavirus səbəbindən hümanitar böhranın yaşandığı Yəmənə 70 milyon dollar yardım ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyası yazılı açıqlama verib. Ayrılan vəsaitin səhiyyə və ərzaq təminatı üçün xərclənəcəyi bildirilib.

Qeyd edək ki, ötən gün BMT-nin baş katibi Antonio Quterreş Yəməndə vəziyyətin pis olduğunu və dəstək üçün yetərli büdcə olmadığından BMT-nin bu ölkədəki 40 proqramından 30-dan çoxunun dayandırılacağını açıqlamışdı. Vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunun müharibənin dayandırılması olduğunu qeyd edən Quterreş yenidən atəşkəs çağırışı etmişdi.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR