Ağıl dişi haqqında bilmədiyiniz faktlar

Ağıl dişi haqqında bilmədiyiniz faktlar

Bəzən 18-20 yaşında çıxan ağıl dişləri insana o qədər əziyyət verir ki, hətta əməliyyata belə ehtiyac olur.

''Ölkə.Az'' xəbər verir ki, ağıl dişləri 18 yaşdan sonra 7 nömrəli dişlərin arxasında çıxır. Bu səbəbdən də bir çox ölkələrdə bu dişə ''windsom teeth'', yəni ağıl dişi adı verilib. Bu diş bəzi insanlarda 17-20 yaş arasında, bəzilərin də isə hətta 50 yaşında da çıxa bilər. Bunun səbəbi isə orqanizmin inkişafından  və çənənin quruluşundan asılıdır. 

Məlum olduğu kimi çənənin arxa hissəsində çıxan bu dişlər insana ağrı, qızdırma, çənədə şişkinlik, iltihab və pis qoxu verə bilər. Belə olduğu halda həmin diş mütləq şəkildə çəkilməlidir. Çünki ağıl dişləri çıxmasa belə, onların kökləri çənəmizdəki bütün dişləri hər iki tərəfdən sıxışdıraraq əyə bilərlər. Bunun üçün ağıl dişlər çıxmazdan illər əvvəl hər il çənənin rentgen müayinəsi olunmalıdır. 
Ağıl dişlərinin o biri dişlərdən heç bir fərqi yoxdur. Əgər ağıl dişləri insana heç bir narahatlıq vermirsə, o lazımlı orqan sayılır və çəkilməsinə də ehtiyac yoxdur. 
XƏBƏRLƏR
BLOGLAR