Xəbər lenti

Rəsmi iş yeri olmadan kredit götürmək mümkündür
Ekonomiks 10:47 30.06.2025

Rəsmi iş yeri olmadan kredit götürmək mümkündür

Müştərilərinə hər zaman rahat bank xidmətləri təqdim edən "Expressbank" ASC qızıl təminatlı kreditin maksimal məbləğini 50 000 manata qədər artırıb. Üstəlik krediti əldə etmək üçün rəsmi iş yeri tələb olunmur.

Belə ki, aylıq 1,5 %-dən başlayan faiz dərəcəsi ilə 50 000 manata qədər təklif olunan qızıl təminatlı krediti 36 aya qədər müddətə əldə etmək mümkündür.

Həmçinin müştərinin maliyyə yükünü ilkin mərhələdə azaltmaq məqsədi ilə 6 aylıq güzəşt müddəti tətbiq olunur. Belə ki, bu müddət ərzində yalnız kredit faizlərini ödəməklə əsas borcun ödənişi növbəti aylara keçirilir. Kreditin əsas məbləği üzrə ödənişi təxirə salınmaqla müştərinin maliyyə imkanlarını daha çevik planlamasına şərait yaradılır.

"Expressbank"ın "Qızıl təminatlı kredit” məhsulunu bankın saytına keçid edərək sifariş edə bilərsiniz.

"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

"Expressbank” Azərbaycan Mərkəzi Bankının verdiyi 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->