Xəbər lenti

Ağır atletimiz Avropa birincisi oldu
İdman 23:10 23.07.2018

Ağır atletimiz Avropa birincisi oldu

Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi – Murad Əliyev və Kamil Nəbiyev 15 yaşadək oğlanların mübarizəsində 62 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırmada 104 kiloqramı ram edərək doqquzuncu yeri tutub. Toplam 184 kiloqram (80+104) nəticə ilə Kamil Nəbiyev onuncu yerdə qərarlaşıb.

Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən təmsilçimiz 118 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kiloqram (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->