Xəbər lenti

Akif Nağının bəyanatına cavab gəldi
Siyasət 16:50 03.07.2013

Akif Nağının bəyanatına cavab gəldi

Səxavət Soltanlı: “Təbii ki, Akif Nağı şablon bəyanatlar verəcək”

"Tədbir Hollandiyanın çoxpartiyalı demokratiya insititunun təşkilatçılığı ilə baş tutmuşdu. Həmin tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) ilə birlikdə bir neçə siyasi partiya iştirak edirdi”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı QAT-ın yaydığı bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, tədbirdə Ermənistanın, Gürcüstanın və Azərbaycanın problemləri müzakirə olunub: “Bilmirəm, yaxınlıq məsələsi hansı müstəvidə nəzərdə tutulur. Yəni yaxınlıq deyəndə nəyi nəzərdə tuturlar? Bu, anlaşılmaz bir şeydir. Bizim ermənilərlə problemimiz var, bu problemi həll etmək üçün vətəndaş cəmiyyəti, hökumət nümayəndələri zaman-zaman görüşürlər, müzakirələr aparırlar. Biz müzakirələr zamanı onları inandırmalıyıq. Fikirlərimizi onlara çatdırmaq üçün müəyyən mənada yaxınlıq da etməliyik. Qafqazda sülhü, sabitliyi yaratmaq üçün işlər görülməlidir. Təbii ki, Akif Nağı şablon bəyanatlar verəcək. Akif Nağının nəsə deməsi mənim üçün önəmli deyil”.

S.Soltanlı qeyd edib ki, Azərbaycanın Ermənistanla yaxınlaşması Qarabağ probleminin həll edilməsi deməkdir: “Mənim üçün önəmli olan Qafqazın sülh şəraitində inkişaf etmiş regiona çevrilməsidir. Biz orada bildirirdik ki, erməni xalqı xoşbəxt yaşamaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və beynəlxalq hüquq normalarına istinad edilsin. Apardığımız müzakirələrə ümumi Qafqaz kontekstindən baxılmalıdır”.

Qeyd edək ki,  Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanda keçirilən “Gənc Siyasətçilərin Forumu”nda bəzi müxalif partiyaların gənc üzvlərinin iştirakı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu gənclərin tədbirdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlər etməsi ilə bağlı məlumatlar ciddi narahatlıq doğurur: “Məlumata görə, gənclər ermənilərə xüsusi isti münasibət göstərir, onlarla heç bir düşmənçiliyin olmadığını, sanki bizim torpaqları işğal etmədiklərini nümayiş etdirir, yeyir-içir, əylənir, Azərbaycan xalqının maraqlarına uyğun olmayan çıxışlar edir, Avropanın gözünə girmək üçün dostluq münasibətləri qurmağa çalışırlar”.

QAT hesab edir ki, həmin partiyaların rəhbərləri bu məsələni dərhal araşdırmalı və cəmiyyətə açıqlama verməlidirlər.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->