Dünya 09:53 28.02.2020

AKP: “Bundan sonra Əsədin bütün hərbi qüvvələri düşmən hədəfdir”

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasından (AKP) bildirilib ki, Türkiyə hakimiyyəti artıq bütün Suriya bölmələrini düşmən hədəfi kimi qəbul edəcək. 

Qaynarinfo xəbər verir ki, bu qərar İdlibdə 33 türk əsgərinin ölümündən sonra verilib.

"Türkiyə indi Əsədin bütün hərbi rejimlərini düşmən hədəfi hesab edir", - AKP mətbuat katibi Ömər Çelik "Sabah” qəzetinə deyib.

Bundan əlavə, Çelik ölkənin miqrasiya siyasətinin dəyişməz qaldığını, ancaq İdlib hadisəsindən sonra ölkə hakimiyyətinin "Suriyalı qaçqınların Avropaya axınını qarşısını almaq iqtidarında olmadığını" vurğulayıb.

Alpər