Ombudsman Aparatının mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Aparatın əməkdaşları 26 yanvar 2013-cü il tarixdəki aksiya zamanı saxlanılan şəxslərlə görüşüb, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırıblar.
İnzibati qaydada həbs olunmuş Emin Milli, Əbülfəz Qurbanlı, Tuncay Quliyev, Rüfət Abdullayev və Türkel Azərtürklə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməyib, məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər.
Saxlanılma yerinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Şərhlər