Dünya 11:20 27.05.2018

Alberto qasırğası Floridaya yaxınlaşır: fövqəladə vəziyyət elan edildi

ABŞ-a doğru irəliləyən Alberto qasırğası səbəbilə Florida ştatında fövqəladə vəziyyət elan edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ştat valisi Rik Skot sabah müşahidə ediləcək qasırğa səbəbilə lazımi tədbirlərin görülməsi üçün göstəriş verib. Albertodan Şərqi Luiziana, Mississipi, Tennesi, Alabama, Floridada ümumilikdə 15 milyon insan təsirlənəcək. 

Qasırğanın Meksika körfəzində neft çıxarılana ərazilər üçün də təhlükə yaratdığı bildirilir.

Gülşən