Bu günlərdə hamının sevə-sevə yediyi meyvə - alça insan orqanizmi üçün çox faydalıdır.
Qaynarinfo xəbər verir ki, mütəxəssis-dietoloq Şengül Talakın 100 qramı təxminən 50 kalori olan alçanın insan sağlamlığı üçün vacib vitamin və minerallarla zəngin olduğunu bildirib.
İmmunitet sistemini gücləndirir. Alça adətən antioksidant qaynağı olan C vitamini ilə zəngindir. Təzə alça eyni zamanda, A vitamini və beta karotenlə zəngindir. A vitamini görmə qabiliyyətini gücləndirən, sağlam dəri və selik ifrazı üçün vacib vitamindir.
Aparılan son araşdırmalar A vitamini ilə zəngin qidaların ağciyər və ağız xərçənginə qarşı qoruyucu təsiri olduğunu ortaya qoyub.
Dietoloq Şengül Talak deyib: "Alçanın tərkibində kalium, dəmir kimi minerallar var. Dəmir qırmızı qan hüceyrələrinin əmələ gəlməsi, yenilənməsi üçün vacibdir. Kalium isə ürək döyüntüsü və qan təzyiqini normallaşdırır”.
Həkim orqanizm üçün faydalı alçalı soyuq çayın hazırlanma qaydasını təqdim edib:
Tərkibi:
2 yemək qaşığı bal
12 ədəd alça (dilimlənmiş)
4 stəkan su
4 yaşıl çay paketi
Buz
Nanə yarpağı
Hazırlanması:
Qabın içərisinə yarım stəkan su və alçanın yarısını əlavə edib 10 dəqiqə ocaqda bişirin. Qarışığı ocaqdan alıb soyuması üçün gözləyin. Qalan üç stəkan yarım suyu başqa qabda qaynadın və içərisinə yaşıl çay paketlərini 4 dəqiqə dəmləyin.
Hazırladığınız alça qarışığını 2 yemək qaşığı bal ilə birlikdə yeni hazırladığınız yaşıl çayla qarışdırın. Soyuducuda soyuması üçün gözləyin. Servis üçün soyuq halda alça dilimi, nanə yarpağı əlavə edib için.
Nərmin Həsənli
Şərhlər