İngiltərənin "Mançester Yunayted" futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson UEFA məşqçilərinin səfiri olacaq.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Mişel Platini Nyon şəhərində təşkilatın İcariyyə Komitəsinin iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şotlandiyalı mütəxəssis təşkilatda daha bir neçə vəzifəni, o cümlədən Çempionlar Liqasının (ÇL) Texniki komitəsinin üzvü vəzifəsini icra edəcək.
72 yaşlı A.Ferqyuson deyib ki, bu, avropalı məşqçilərə, eləcə də ÇL-də çıxış edən komandaların mütəxəssislərinə yardım etmək baxımından əla imkandır.
Qaynar.info
Şərhlər