İdman 15:36 01.12.2021

Aleksey İsayevdən "Sabah"a sürpriz (VİDEO)

"Sabah"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev klubun akademiyasının U-13 komandası ilə görüşüb. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, İsayev komandanın məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib. Kiçik futbolçuların suallarını cavablandıran Aleksey, daha sonra onlarla birgə məşq edib. İsayev azyaşlı futbolçularla söhbətində futbola gəlişi, futbolçu kimi formalaşmasında rol oynayan əsas amillər barədə danışıb, onlara öz tövsiyələrini verib.

Sonda "Sabah"ın U-13 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib futbolçuya millimizin üzvü öz imzalı formasını hədiyyə edib.