Xəbər lenti

Ali Məhkəmə prokurorun protestini təmin etmədi
Ölkə 21:03 04.04.2019

Ali Məhkəmə prokurorun protestini təmin etmədi

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Həsənovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən kassasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, 2018-ci il fevralın 4-ü saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadın cinsindən olan naməlum piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Məhkəmə istintaqı dövründə E.Həsənovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabunçu Rayon Məhkəməsi ona bərəat hökmü çıxarıb. Hömdən narazı qalan prokurorluq apellyasiya prostesti verib. Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->