Xəbər lenti

Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi
Ölkə 21:16 17.02.2020

Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->