Xəbər lenti

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırıldı
Ölkə13:44 03.07.2025

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.
"Report" xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.
Xüsusilə, WiFi və mobil internet vasitəsilə "Global Media Group”un – "Report.az”, "Oxu.az”, "Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.