Dünya 16:19 14.01.2020

Alimlər ABŞ-da minlərlə insanın ölümünü proqnozlaşdırdılar

London İmperiya Kollecinin, eləcə də Kolumbiya və Harvard Universitetinin mütəxəssisləri qlobal istiləşmə səbəbindən dünya əhalisi arasında ölüm hallarının artmasının gözlənilə biləcəyi barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu haqda "EurekAlert!”-in məqaləsində bildirilib. Mütəxəssislərə görə, bu, təkcə ABŞ-da hər il 2100 adamın ölümünə səbəb ola bilər.
Beləliklə, temperaturun iki dərəcə artması, hündürlükdən düşmə, boğulma və avtomobil qəzaları kimi bədbəxt hadisələr nəticəsində insanların daha tez ölməsinə səbəb ola bilər. Bundan əlavə, şiddət və intihar səbəbindən də ölümlərin artacağı deyilir.

Məlum olub ki, buna xüsusən hava istiliyinin artması səbəb ola biləcək. Alimlər materikin hər ştatında və əyalətində xəsarətlərdən ölənlərin sayını öyrənməklə apardıqları bir araşdırmadan sonra bu qənaətə gəliblər. Havay və Alyaska istisna təşkil edib. Araşdırma üçün 1980-2017 arasındakı dövr götürülüb. Bununla yanaşı, mütəxəssislər 38 illik bir dövrdə hava istiliyindəki dəyişiklikləri də incələyiblər.

Səbəb ondadır ki, şiddətli istilər üzündən insanlar tez-tez bayıra çıxır və bu da qəza ehtimalını artırır. Bundan başqa istilik ruhi pozğunluqların kəskinləşməsinə də səbəb olur. Ayrıca, yüksək hava istiliyi daha çox spirt istehlakına səbəb ola bilər ki, bunun da nəticələri məlumdur.