Xəbər lenti

Alimlər alkoqoloizmdən qurtulmağın ən təsirli yolunu göstərdi
Dünya 09:00 14.03.2020

Alimlər alkoqoloizmdən qurtulmağın ən təsirli yolunu göstərdi

Stanford Universitetinin alimləri "12 addım” adlı reabilitasiya proqramının alkoqolizmə qarşı mübarizənin ən təsirli üsulu olduğuna dair nəticəyə gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Cochrane” sistematik araşdırmalar bazasından məlumat verilib.

Araşdırma üçün alkoqolizmdən əziyyət çəkən 10 mindən çox insan müayinə edilib. Məlum olub ki, alkoqolizmlə mübarizədə dünyanın bütün mütəxəssisləri "12 addım" proqramından istifadə edir. Bu proqram ən təsirli metod hesab edilir. Bütün qrupların nümayəndələri - gənclər, hərbiçilər, pensiyaçılar və qadınlar arasında göstəricilərin yaxşılaşması müşahidə edilib. Bu proqram sosial qarşılıqlı əlaqə və digər insanların iştirakı nəzərdə tutulduğu üçün daha effektli olur.

"12 addım” 80 il əvvəl hazırlanmış proqramdır, başqa adıyla "Alkoqoliklər Anonim Klubu” olaraq da tanınır. Proqram alkoqolikin tədricən onun spirtdən imtina etməsinə səbəb olan müəyyən prinsiplərlə razılaşmasını nəzərdə tutur.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->