Xəbər lenti

İspaniya və İrlandiya Fələstin dövlətini tanımağı planlaşdırırlar - Borrel
Dünya 14:24 10.05.2024

İspaniya və İrlandiya Fələstin dövlətini tanımağı planlaşdırırlar - Borrel

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrel bildirib ki, İspaniya və İrlandiya mayın 21-də Fələstin dövlətini tanımağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” İspaniyanın RNE radiostansiyasına istinadən məlumat yayıb.

"Bu, siyasi xarakterli simvolik bir hərəkətdir. Bu, dövlətin tanınmasından daha çox, bu dövlətin mövcud olmaq iradəsinin tanınmasıdır”, - Borrel bildirib.
Bundan əlavə, o qeyd edib ki, onlardan sonra Belçika və digər ölkələr müvafiq qərarlar qəbul edə bilər.

Fələstin dövlətçiliyi hazırda BMT-yə üzv olan 193 ölkədən 139-u tərəfindən tanınıb.

"Reuters”in məlumatına görə, İsrail daha əvvəl Fələstinin tanınmasının "terrorçuluğun mükafatı” olacağını, Qəzzadakı münaqişənin danışıqlar yolu ilə həlli şansını azaldacağını bildirib.

Daha əvvəl bildirilib ki, BMT Baş Assambleyası Fələstinin mayın 10-u cümə günü tamhüquqlu üzvlük müraciətini dəstəkləyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->