XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Oğuzda 3 qumbara aşkarlandı
Ölkə09:20 10.05.2024

Oğuzda 3 qumbara aşkarlandı

Oğuzda qumbara və sursat aşkarlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.