Xəbər lenti

Türkiyə və ABŞ qaz ticarəti ilə bağlı razılığa gəldilər
Dünya 13:47 10.05.2024

Türkiyə və ABŞ qaz ticarəti ilə bağlı razılığa gəldilər

Türkiyənin "BOTAŞ" qaz şirkəti və ABŞ-ın "ExxonMobil" şirkəti Vaşinqtonda mayeləşdirilmiş təbii qaz (MTQ) ticarəti sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Qaynarinfo TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib

İmzalanmış müqaviləyə əsasən, Türkiyə 10 il müddətinə "ExxonMobil”dən hər il 2,5 milyon tona qədər MTQ almağı planlaşdırır.

"Müxtəlif əlaqələr qurmaq üçün gəldiyimiz Vaşinqtonda "BOTAŞ” və "ExxonMobil” arasında MTQ ticarəti sahəsində əməkdaşlıq müqaviləsi imzaladıq. ABŞ artıq MTQ aldığımız mühüm ölkələrdən biridir. Bu uzunmüddətli müqavilə ilə resurslarımızın şaxələndirilməsi istiqamətində daha bir addım atırıq. Biz qazlaşdırma imkanlarımıza görə dünyanın ən yaxşı ölkələri sırasındayıq. Biz həm ölkəmizin, həm də regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik”, - Bayraktar sosial şəbəkədəki paylaşımında yazıb.

"Biz tədarükləri mümkün qədər təhlükəsiz və şaxələndirilmiş etmək üçün çox çalışırıq, keçmişdə Nigeriya ilə bağladığımız və bu gün Əlcəzair və Oman ilə uzunmüddətli müqavilələrə yeni uzunmüddətli müqavilələr əlavə edirik", - Bayraktar bildirib.

O qeyd edib ki, "BOTAŞ” və "ExxonMobil” arasında imzalanan müqavilə sayəsində Türkiyə "yalnız ölkə üçün deyil, bütün region üçün təbii qaz tədarükü baxımından ABŞ ilə son dərəcə əhəmiyyətli və yeni bir prosesə” daxil olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->