Xəbər lenti

Alimlər bir vaxtlar Qafqazın okean dibi olduğunu kəşf edib, bəs sabah necə olacaq?
Texnologiya 08:00 23.05.2020

Alimlər bir vaxtlar Qafqazın okean dibi olduğunu kəşf edib, bəs sabah necə olacaq?

Massaçusets Universitetinin alimləri son beş yüz milyon il ərzində planetimizin üç böyük buz dövrü yaşadığını müəyyən edib. Hava istiliyi kəskin şəkildə aşağı düşüb və geniş ərazilər buz ilə örtülüb. Elm adamları eyni dərəcədə vacib bir detalı da öyrənə biliblər - bütün hallarda, buzlaşmaların əvvəlində okeanlar və qitələrin tropik toqquşması baş verib. 

Qaynarinfo mütəxəssislərin fikrinə istinadla bildirir ki, okean plitələrinin kontinental lövhələrin üstündən qalxdığı bir vaxtda ekvator yaxınlığında yaranan "tektonik yığınlar" meydana gəlib. Bu, tropiklərdə on minlərlə kilometrlik okean qayalarının açıq olmasına səbəb olub. Alimlərin fikrincə, tropiklərdə artan əhəmiyyət və temperatur tektonik plitələr və atmosfer arasında güclü kimyəvi reaksiyaya səbəb olur. Karbon qazı maqnezium və kalsium ilə qarşılıqlı təsir göstərir və nəticədə əhəng daşı əmələ gətirir.

Bu proses atmosferdən çox miqdarda karbon qazını çıxararaq geniş ərazilərdə baş verə bilərdi ki, nəticədə hava istiliyi kəskin dərəcədə aşağı düşür.
Alimlərin fikrincə, Himalay dağları bunun bariz nümunəsidir. Bu dağlarda alimlər tektonik hərəkət nəticəsində yaranan iki böyük tikişi aşkar ediblər. Bu tikişlərdə tədqiqatçılar qitələrin yerdəyişməsinin bir neçə minilliklər ərzində baş verdiyini aşkar edib.

Yerin səthi daim hərəkətdədir - tektonik plitələr hərəkət edir, bunun nəticəsində okeanların dibi gec-tez quruya çevrilir, quru isə okeanın altına düşür. Bunu planetin müxtəlif yerlərində əldə edilən müxtəlif tapıntılar sübut edir. Məsələn, bir neçə il əvvəl alimlər 100 milyon il əvvəl Qafqazın okeanın dibi olduğunu üzə çıxarıblar. 2360 metr yüksəklikdə, ölçüsü təxminən üç metrə yaxın olan bir molyusk tapılması bunu çox asanlıqla müəyyən etməyə imkaqn verib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->