Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin alimləri koronavirusun mənbəyinin əvvəllər düşündüyü kimi Vuhan bazarı olmadığı qənaətinə gəlib.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər dəniz məhsulları bazarından nümunələri araşdırsalar da, orada infeksiya əlamətləri tapmayıb.
Bundan əlavə, Çində ilk 13 yoluxmanın bazarla əlaqəli olmadığı məlum olub.
Bununla belə, araşdırma virusun yarasalardan insanlara ötürüldüyü versiyasını təsdiqləyib.
Alpər
Şərhlər