Dünya 16:33 24.02.2020

Alimlər qaraciyər xərçəngini yaradan əsas səbəbi tapdı

Avropa alimləri tərəfindən aparılan bir araşdırmaya görə, pis ağız gigiyenası qaraciyər xərçənginin yaranmasında əsas faktorlardan biridir. 

Qaynarinfo xəbər verir ki, bu haqda Birləşmiş Avropa Qastroenteroloji Jurnalında yayımlanmış məqalədə deyilir. Alimlərin araşdırmasına görə, xərçəng növlərindən biri olan Hepatosellular karsinoma dolayı olaraq dişlərlə əlaqəli problemlərdən, xüsusən də çürüklərdən yaranır.

Diş sağlamlığının zəif olması təkcə diabet, insult və ürək xəstəlikləri deyil, mədə-bağırsaq traktının müəyyən xərçəng növləri ilə inkişaf riskini də artırır. Əlaqə isə belədir: qaraciyər zərərli bakteriyaların orqanizmdən çıxarılmasına kömək edir, o, hepatit, xərçəng və ya siroz xəstəliyinə tutulanda təhlükəli maddələr qanda toplanmağa başlayır.

Bakteriya Fusobacterium nucleatum qaraciyər xərçənginə səbəb olur. Mexanizmin özü hələ dəqiq təsvir olunmayıb. Alimlər ağız gigiyenasına diqqət yetirməyi məsləhət görürlər. Bakteriyaların və mədə-bağırsaq xərçənginin bəzi növləri ilə əlaqəsi barədə əlavə tədqiqatların aparılacağı da gözlənilir.
 
Alpər