Sağlamlıq 18:57 24.09.2020

Alimlər saç tökülməsinin qarşısını alan qidanın adını açıqladı

Avokadoları pəhrizinizə daxil edərək keçəlliyin qarşısını almaq olar.
 
Qaynarinfo xəbər verir ki, Yeni Zelandiyadan olan diyetoloqların gəldiyi nəticə budur. 

Latın Amerikasına məxsus meyvənin bir dənəsində gündəlik "antistress" E vitamininin 20 faizi var. Mütəxəssislər avokadoların qidalandırıcılarla zəngin olduğunu söyləyirlər. 

"Daily Express”ə görə, batat kimi bir bitki də keçəlliklə mübarizədə yaxşı effekt verir. Onda saçın böyüməsini sürətləndirən bir çox beta-karoten var. 
Bundan əvvəl dermatoveneroloq Anfisa Lepekova erkən keçəlliyə ultrabənövşəyi şüalanmanın səbəb olduğunu söyləmişdi. Bunun üçün o Günəş altında çox qalmamağı məsləhət görüb.
 
Alpər