Sağlamlıq 11:04 06.11.2019

Alimlər siqaretin yeni təhlükəsini açıqladı

Nikotin asılılığı şizofreniya və depressiyanın inkişaf riskini demək olar, iki dəfə artırır.

Qaynarinfo xəbər verir ki, bu nəticəyə britaniyalı genetiklər İngiltərədə yarım milyondan çox insanın DNT analizini apardıqdan sonra gəliblər.

"Psychological Medicine” jurnalında dərc edilən araşdırmada Birləşmiş Krallıqda siqaret çəkənlərin təxminən 2.27 dəfə daha çox şizofreniya xəstəliyinə tutulduğu və xroniki depresiyadan əziyyət çəkdiyi qeyd edilir.

İngilis alimləri siqaret və digər pis vərdişlərə qarşı mübarizədə zehni xəstəliklərin daşıyıcılarının çox vaxt nəzərə alınmadığını söyləyirlər.

"Bizim araşdırmalar göstərir ki, tütündən imtina təkcə fiziki deyil, ruhi sağlamlığı da yaxşılaşdırır”, - genetiklər bildirib.

Qeyd edək bundan qabaq kp.ru saytı siqaretin atmağın effektiv yollarını göstərib. Bundan sonra Rusiyada siqaret çəkənlərin 40%-i bu zərərli vərdişdən uzaqlaşmaq istəyib, ancaq bunlardan cəmi 5%-nin dözüm və iradəsi siqareti atmaq üçün yetərli olub.

Alpər