Allahşükür Paşazadənin nəvəsi evlənir (FOTO)

Allahşükür Paşazadənin nəvəsi evlənir (FOTO)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində xoş gün yaşanır.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar ailə həyatı qurur. Şeyxin nəvəsi Türkiyə vətəndaşı olan xanımla evlənir.

Bir neçə gün öncə isə cütlüyün xınayaxdı mərasimi baş tutub.

Qeyd edək ki, bu gün toyu olacaq Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 

XƏBƏRLƏR
BLOGLAR