Piter Tauber: "BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur"
“Almaniya BMT qətnamələrini dəstəkləyir. BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün çağırışlar edib. Bu çağırışa Avropa Ittifaqı və ATƏT də qoşulub”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqında Xristian-Demokrat Ittifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber deyib.
Deputat bildirib ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir:"Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. Işğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir. Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır.
Gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur".
Qaynar.info
Şərhlər