Xəbər lenti

Alman deputatdan Dağlıq Qarabağ açıqlaması
Siyasət 22:47 12.06.2013

Alman deputatdan Dağlıq Qarabağ açıqlaması

"Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyi yekdildir. Almaniya beynəlxalq ictimaiyyətin qərarlarını dəstəkləyir”.

Bunu Almaniyanın Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Almaniya-İsrail parlamentlərarası dostluq qrupunun üzvü, xanım Daniela Ludviq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (AAC) sorğusuna cavab olaraq deyib.

 AAC-san verilən məlumata görə, D. Ludviq bildirib ki, işğal beynəlxalq qanunları pozur və münaqişənin sülh yolu ilə həllinin qarşısını alır: "Bura Ermənistanın Xocalı aeroportunu yenidən açmaq ətrafında keçirilən müzakirələr də daxildir. Xocalı aeroportu Azərbaycanın ərazisində yerləşir və belə tədbirlər sülh prosesini açıq-aydın geri sürükləyir.

 Azərbaycanın ərazi bütövlüyü məsələsi və məcburi köçkünlərin taleyi bir-birindən ayrılmazdır. Azərbaycanın ərazi bütövlüyü yenidən tam bərpa edilmədən, məcburi köçkünlər öz torpaqlarına qayıda bilməyəcək. Bu, istənilən münaqişənin sülh yolu ilə həlli üçün məqsəd olmalıdır.

 Azərbaycanla Almaniyanı dostluq əlaqələri birləşdirir. Odur ki, bu ölkədə və bütövlükdə regionda təhlükəsizlik və sabitlik yaratmaq  Almaniyanın xüsusi maraq dairəsindədir. Almaniya BMT-dəki tərəfdaşları ilə birlikdə sülh prosesinə dəstəyi davam etdirəcək. Xüsusilə də, Avropa İttifaqı çərçivəsində Almaniya öz nüfuzundan istifadə edəcək”./APA/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->