Dünya 21:02 07.03.2021

Alman hərbçiləri Rusiya ordusunun çatışmazlıqlarını açıqladı - Hesabat

Almaniya Müdafiə Nazirliyi daxili istifadə üçün Rusiya və Çindən artan təhlükəni qiymətləndirən bir hesabat hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, hesabtda alman hərbi mütəxəssisləri Rusiya ordusunun üstünlüklərini və mənfi cəhətlərini asadalayaraq hərbi imkanlarını qiymətləndiriblər. 

"Welt am Sonntag” qəzetindəki məqalədə qeyd edilir ki, Almaniya ordusunun əsas narahatlığı demək olar ki, yaxalanması mümkün olmayan Rusiya yüksək dəqiqlikli uzun mənzilli hipersəsli raketlərdir. Bundan əlavə, mütəxəssislər Rusiyanın hazırda nüvə potensialını modernləşdirdiyini və hazır vəziyyətdə təxminən 6375 nüvə başlığının olduğunu qeyd ediblər.

Mütəxəssislər, həmçinin Rusiya ordusunun üstünlüklərindən biri kimi məhdud zaman içində müəyyən bir ərazidə sürətli hərəkət etməyi təkmilləşdirmiş 840 min hərbçinin silah tutduğunu da qeyd edib.

Alman mütəxəssislər başqa çatışmazlıqlar sırasında Rusiya ordusunun pilotsuz uçuş aparatlarının çatışmazlığını və "qlobal miqyasda uzunmüddətli dəniz əməliyyatları aparmaq üçün məhdud imkanları"nı vurğulayıblar.

ÇXR üçün təhlükənin qiymətləndirilməsinə gəldikdə, mütəxəssislər, təxminən 2 milyon nəfərlik ordunun, 6850 tankın, 1600 döyüşçünün və "dünyanın ən böyük raket potensialı"nın, o cümlədən hipersəsli silahların miqyasını vurğulayırlar. Çin həm də geniş hücum PUA-larına sahibdir və kosmosda getdikcə daha aktivləşir.

Bununla birlikdə, bir çox Çin hərbçiləri lazımi səviyyədə peşəkar təhsil ala bilmir və Çin ordusu da donanma və hava qüvvələri arasında koordinasiyadan məhrumdur.

Alpər