Dünya 18:58 03.08.2021

Alman jurnalist Berlinə qonşusunun təhlükəli Rusiya olduğunu xatırlatdı

Almaniyanın Avropada yerləşdiyini və Rusiya ilə həmsərhəd olduğunu nəzərə alaraq müttəfiqə ehtiyacı var. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Frankfurter Allgemeine Zeitung” qəzetinin əməkdaşı Konrad Şüller öz məqaləsində qeyd edib və Almaniyanın müharabə yaratmağa çalışan Rusiyadan fərqli olaraq nüvə silahı olmayan bir ölkə olduğunu xatırladıb.

Jurnalistin sözlərinə görə, Rusiyanın atom silahı uzun müddət mövcud olacaq və onlardan istifadə variantı da istisna edilmir. O, əmindir ki, heç də bütün atom derjavaları bu cür silahlara sahib olmağın xüsusi məsuliyyətinin fərqində deyillər.

Beləliklə, müəllifin fikrincə, Almaniya tək qala bilməz. Buna görə də Almaniya hətta bu cür müdafiə üçün vaşinqtona pul ödəməli olsa belə, ABŞ ilə "nüvə tərəfdaşlığını" mümkün qədər uzun müddət saxlamalıdır.

Daha əvvəl ukraynalı politoloq Taras Semenyuk bildirib ki, ölkə hakimiyyəti Şimal axını 2-nin başa çatması ilə əlaqədar olaraq ABŞ-dan NATO xaricində "xüsusi müttəfiq" statusu tələb etməlidir. Onun fikrincə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə görüşündə bu mövzunu qaldırması lazımdır. Politoloq əlavə edib ki, Ukraynaya bir günün içində belə bir status verilməyəcək, ancaq hər bir halda indidən danışıqlara başlamaq lazımdır.

Alpər