Video 22:10 23.05.2020

Alman publisist "Şən Azərbaycan" mahnısını ifa etdi (VİDEO)

Almaniyalı dilçi alim "Şən Azərbaycan”  mahnısını səsləndirib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, alman publicist Matthias Wolf akkordionda musiqisi Polad Bülbüoğluna aid olan mahnını akkardionda ifa edib. Azərbaycanca sərbəst danışa bilən M. Wolfun xarici dostlarının çoxu həmyerlilərimizdir.

Qeyd edək ki, "Şən Azərbaycan” mahnısı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılıb. Şən rəqs xarakterli mahnı həm rus, həm də Azərbaycan dillərində səsləndirilib.