Xəbər lenti

Almaniya: Rusiyada insan haqları vəziyyəti getdikcə ağırlaşır
Dünya 16:52 03.12.2020

Almaniya: Rusiyada insan haqları vəziyyəti getdikcə ağırlaşır

Son iki ildə Rusiyada insan haqları ilə vəziyyət xeyli pisləşib. 

Qaynarinfo xəbər verir ki, bu nəticə Almaniya hökumətinin dünyada insan haqları ilə bağlı ümumi vəziyyət hesabatında qeyd olunub. Bu haqda DW hesabatdan sitatlar təqdim edib.

Beləliklə, mətndə Rusiyada getdikcə sərbəst toplaşmaq azadlığının, siyasi azadlıqların məhdudlaşdırıldığını, İnternetdə yeni məhdudiyyətlərin tətbiq olunduğunu, vətəndaş cəmiyyəti və qeyri-kommersiya təşkilatları üçün şərtlərin pisləşdiyini qeyd edilib.

Beləliklə, sənəddə "2019-cu ildə Rusiya Federasiyasında keçirilən regional seçkilər fonunda bir çox etirazçıya qarşı cinayət işləri başlanaraq uzun illərin həbsinə səbəb oldu. Bundan əlavə, keçən il Rusiya "suveren İnternet” haqqında bir qanun qəbul etdi və bu da İnternetdə senzuranın imkanlarını xeyli genişləndirdi”, - deyə qeyd edilir.

Həmçinin hesabatda koronavirus pandemiyası fonunda dünyada insan hüquqları vəziyyətinin daha da pisləşdiyi vurğulanıb. "Repressiv rejimlər bunu insan haqları müdafiəçilərinə təzyiq göstərmək və azad medianı susdurmaq üçün örtük kimi istifadə edirlər", - deyə Alman rəsmiləri xülasə edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->