Xəbər lenti

Dünya 20:51 26.02.2021

Almaniyada beş məscid bağlandı

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində beş məscid müvəqqəti olaraq ibadətə bağlanıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, əyalətin Düren şəhərində bir məscidə gedən doqquz nəfərdə koronavirusun Britaniya ştammının aşkarlanması ilə əlaqədardır.

Digər dörd məscid təhlükəsizlik üçün qapadılıb.

Şəhər idarəsi bağlı məscidlər əvəzinə, başqa ibadət ocaqlarına üz tutmaq istəyənlərə xəbərdarlıq edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?