Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib.
Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, polis insidentin terror aktı olduğunu istisna etmir.
Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.
***19.31
"RİA Novosti"nin məlumatına görə, Münster şəhərindəki hadisə zamanı 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
***19.05
Almaniyanın Münster şəhərində sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.
Qaynarinfo xəbər verir ki, polis çox sayda insanın öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Polis dərhal genişmiqyaslı əməliyyata başlayıb. Olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Bir polis rəsmisi Münsterin qədim şəhər hissəsində əməliyyatın aparıldığını təsdiq edib.
"Spiegel" dərgisi avtomobili insanların üzərinə sürən şəxsin özünü öldürdüyünü iddia edib. İddia hələlik təsdiqlənməyib.
Polis "Twitter" vasitəsi ilə insanları ərazidən uzaq durmağa çağırıb.
Şərhlər