Dünya 13:39 01.12.2021

Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: “Ukraynaya təcavüz olarsa...”

NATO ölkələri Rusiya ilə dialoq qurmalı və eyni zamanda Ukraynanın suverenliyini qorumalıdır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Heiko Maas deyib.

O, Twitter-də yazıb ki, alyans "Rusiya Federasiyası ilə dialoq üçün bütün imkanlardan istifadə etməlidir”.

Eyni zamanda, Maasın sözlərinə görə, NATO Rusiya qoşunlarının hərəkətinin şəffaflığında israr edir və Ukraynanın suverenliyinin pozulmasına dözməyəcək. Əks halda, Moskvanın hərəkətləri "ciddi siyasi və iqtisadi nəticələrə” səbəb olacaq”, - alman diplomat xəbərdarlıq edib.

Bundan əvvəl NATO rəhbəri Yens Stoltenberq də Rusiya Federasiyasını Ukraynaya təcavüz olacağı təqdirdə "siyasi və iqtisadi nəticələrlə” hədələmişdi.
 
Alpər