İdman 17:56 03.12.2021

Almaniyanın 1954-cü ildəki son dünya çempionu öldü

Almaniyanın 1954-cü ildə dünya çempionatının qalibi adını qazanan komandasının sağ qalan sonuncu üzvü Horst Ekkel 89 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb. Ekkel turnirdə altı matçın hamısında iştirak edən iki almaniyalı oyunçudan biri idi. 

Onun komandası çempionatın ən güclü favoriti hesab olunan Macarıstan üzərində 3-2 hesablı qələbə qazanarkən ən gənc oyunçu idi. Həmin yarışın qrup mərhələsində Macarıstan almanları 8:3 hesabı ilə məğlub etmişdi. Sonradan Almaniyanın finalda onlar üzərində 3:2 hesablı qələbə qazanması "Bern möcüzəsi" adı ilə tarixə keçdi. Bu, həm də Almaniyanın müharibədən sonrakı nəslinin bir millət kimi yenidən qurulmasında əsas rol oynamış ilk dünya titulu idi. 

Həmin vaxtdan sonra Almaniya daha üç dəfə dünya çempionu adını qazanaraq ən güclü millilərdən biri kimi özünü göstərməyə davam etdi.

Almaniya yığmasında 32 oyun keçirən Ekkel 1951 və 1953-cü illərdə "Kaiserslautern”lə iki dəfə ölkə çempionatının qalibi olub. O, sözügedən klubda 213 oyun keçirib. 

Səbuhi Həsənov