Xəbər lenti

Almanlar erməni futbolçunun soyadı ilə məzələndilər
İdman 15:25 22.08.2013

Almanlar erməni futbolçunun soyadı ilə məzələndilər

Almaniya Bundesliqasında çıxış edən “Borussiya Dortmund" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryan alman mətbuatını və futbol azarkeşlərini onun soyadına hörmət etməyə çağırıb.

Alman dilində danışan hər kəs üçün erməni futbolçusunun soyadı əsl baş ağrsına çevrilib. Futbolçunun soyadını səsləndirməkdə çətinlik çəkən almanlar sadə üsula əl atmağa qərar veriblər; erməni yarımmüdafiəçini “Mikitarian” yaxud da “Miki”deyə çağırıblar.

“Mən yad bir ölkəyə gəldim, onun qanunlarına və adət-ənənələrinə hörmətlə yanaşıram, mən də istəyirəm ki, mənim vətənimə, soyadıma və mənşəyimə hörmətlə yanaşsınlar. Mən heç nəyi dəyişdirməcəyəm. Mən qol vurandan sonra soyadım dəqiq yadda qalacaq”, erməni yarımmüdafiəçi deyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->