Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya PənahovaAkademik Milli Dram teatrının aktyoru Ramin Şıxəliyevin Publika.az-averdiyi müsahibədə onun barəsində səsləndirdiyi fikirlərə münasibətbildirib.
Qeyd edək ki, Şıxəliyev müsahibədəPənahovanın aktyorlarına qarşı qısqanc olduğunu və onların başqateatrlarda çalışmalarına qarşı çıxdığını söyləmişdi.
Xalq artisti aktyorun fikrinə münasibət bildirmək istəməsə də, teatrla bağlı qənaətini paylaşıb:
“RaminŞıxəliyev kimdir ki, mən onun fikrinə münasibət bildirim, onu qısqanım?Sənətdə hansı xidmətləri olub? Mən onun tərəfdarıyam ki, hər teatrın özsənətkarları olsun. Teatr aktyorlarla tanınır. Tamaşaçı hara getdiyinibilməlidir.
Aktyor filmdə, televiziyatamaşalarında çəkilə bilər. Amma sırf teatrda vəziyyət başqadır – birneçə aktyorun simasına görə gəlirlər. Vaxtında Akademik Milli DramTeatrına mənim simama görə, Gənc Tamaşaçılar Teatrına Gülşən Qurbanovaüçün gəlirdilər. Burda qısqanclıq heç nə yoxdur. Mən aktyorlarıma dadeyirəm ki, özünüz hansı teatrda çalışacağınızı seçin. Amma bu gün buteatrda, biri gün o biri teatrda olmayın. Belə olanda sizin yaradıcılıqyolunuz da bəlli olmayacaq. Burada həm də teatr uduzur”.
Xanım sənətkar son vaxtlar sosial şəbəkələrdə və saytlarda müzakirə olunan fotolarından da danışıb:“Fotolarla bağlı kimlərinsə fikri mənim üçün maraqlı deyil. Bütünpərəstişkarlarıma təşəkkürümü bildirirəm. Amma mənim üçün önəmli olan özzövqümdür. Heç kimin dediyi ilə oturub-durmuram. Hər kəsin öz zövqü vəyaşam tərzi var. Bu baxımdan mənə heç kim heç nə aşılaya bilməz.Tamaşaçılarımın gözündə Amaliya olaraq qalmaq istəyirəm. Onlarınqarşısında çıxış edirəm. Bu yay beynəlxalq layihəni həyata keçirdim. Mənnecə özümə diqqət yetirməyim? “Mosfilm”də 200 seriyalı filmə çəkildimvə gündəmdə olmaq istəyirəm. Hələ ki, mənə tələbat var, sənətimqiymətləndirilir. Ona görə sənətdə qalmaq istəyirəm”.
Xalq artisti “gənc insanlardan sevgi təklifləri alırsınızmı” sualını cavablandırmaq istəməyib:“Əgər pərəstişkarlarımın ürəyinə yol tapa bilirəmsə, deməli, sənətimdədoğru yoldayam. Mənim sənətimdən yazılanda internet yox idi. Məktublaryazıb, sənətimə hörmətlərini bildiriblər. Elə olub ki, körpə uşağıqucağıma verib deyiblər, sizin şərəfinizə adını Amaliya qoymuşuq. Bundanböyük xoşbəxtlik ola bilərmi? Mən də onların məhəbbətlərinə hörmətləyanaşıram. Amma şəxsi məsələlər məni maraqlandırmır”.
Qaynar.info
Şərhlər