"Amazon" liderliyi ələ keçirdi

"Amazon" yenidən dünyanın ən bahalı brendi statusuna sahib çıxıb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, ötən il 3-cü yerdə qərarlaşan "Amazon" "Google"dan liderliyi təhvil alıb. Texnologiya nəhəngi son ildə 1,5 dəfə böyüyərək dəyərini 315 milyard dollara çatdırıb. 

"BrandZ Top 100 Most Valuable Global Brands" siyahısında ilk beşlikdə qərarlaşan digər firmalar "Microsoft", "Visa", "Facebook" və "Alibaba"dır.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR