Ceff Bezosun "Amazon" şirkəti ilk dəfə ev tikintisinə investisiya ayırıb.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, "Amazon"un Aleksa Fondu "Plant Prefab" şirkətinə yatırım edilib. "Plant Prefab" avtomatlaşdırmadan istifadə edərək sürətli və ucuz "smart" ev tikintisinə nail olmağa çalışacaq. "Amazon" təxminən 1 həftə əvvəl Aleksa səs assistenti vasitəsilə idarə edilə bilən ağıllı ev əşyalarını təqdim edib və "smart" evlərin bu texnologiya ilə təchiz ediləcəyi gözlənilir.
Qeyd edək ki, "smart" ev bazarının 2022-ci ilə qədər 53 milyard dollar dəyərə sahib olacağı proqnozlaşdırılır.
Gülşən
Şərhlər