Dünyanın ən böyük onlayn alış-veriş şirkətlərindən olan Amazon sürücüsüz avtomobil texnologiyaları inkişaf etdirən Zoox şirkətini alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Amazon-un Pərakənda Satış Departamentinin müdiri Ceff Uilk məlumat verib. Satışın neçəyə gerçəkləşdirildiyinə dair isə təfərrüatlar açıqlanmayıb.
6 il öncə yaradılan Zoox sürücüsüz taksilər hazırlamağı hədəfləyir. Amazonun isə şirkəti almaqda məqsədi məhsullarını sürücüsüz maşınlarla ünvana çatdırmaqdır.
Cef Uilk şirkətin mərkəzləşmiş qaydada deyil, müstəqil idarə olunacağını bildirib.
Camal
Şərhlər