Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman Naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.
Bu barədə "Report"un sualına cavab olaraq, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib.
O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır: "Heç bir problem yoxdur. Yəqin ki, yaxın günlərdə Bakıya qayıdacaq".
Şərhlər